Vaxt.Az

“Bataqlılq qurudulur”


 

Tramp: “Dərin Dövlət Bürokratları qovulur”

“Bataqlılq qurudulur” ABŞ prezidenti Donald Tramp Mühafizəkarların Siyasi Fəaliyyət Konfransındakı (CPAC) çıxışında dövlət daxilində etdikləri dəyişikliklərə diqqət çəkib.

Dövləti yalançı və fırıldaqçılardan təmizlədiklərini ifadə edən Tramp, “Yalançılar, qlobalçılar və dərin dövlət bürokratları qovulur. Biz bataqlığı qururuq”, – deyib.

Tramp isə mühacirlərlə bağlı həyata keçirilən siyasətləri vurğulayaraq, “Qeyri-qanuni, cinayətkar yadplanetlilər qovuldu. Vaşinqton illərdir pis radikal solçu marksistlərin nəzarətində idi”, – deyən Tramp, ABŞ-ı müharibə qızışdıran və korrupsioner qüvvələrin əlindən geri aldıqlarını iddia edib.

Tramp həmçinin, onun hərəkətlərinin ictimaiyyət tərəfindən də qarşılıq alındığına diqqət çəkib və onların sorğu nəticələrində həmişəkindən daha uğurlu olduğunu bildirib. Anketlərdəki uğuru qeyd edən Tramp seçkinin saxtalaşdırıldığını iddia edərək, faktiki olaraq 77 milyondan çox səs aldığını bəyan edib.

 





23.02.2025    çap et  çap et