Vaxt.Az

III Dünya müharibəsinin konturları


 

ABŞ qaliblər koalisiyasında olmaq istəyir

III Dünya müharibəsinin konturları ABŞ-ın Ukrayna müharibəsindəki mövqeyi çox sadədir. Vaşinqtən həmişə qaliblər koalisiyasına rəhbərlik etmək istəyir.

2022-ci ildə ABŞ Kollektiv Qərbə rəhbərlik edirdi, çünki Rusiyanın məğlub olacağına əmin idi.

2024-cü ildə bu əminlikdən əsər-əlamət qalmadı. Tramp Ukrayna müharibəsini dayandırmaq tərəfdarı idi – bu isə ABŞ-ın “pərdəarxası” başçılarının marağına cavab verirdi. Buna görə də onlar Trampın hakimiyyətə gəlməsinə mane olmadılar.

İndi Tramp müharibənin başlanmasına görə Baydeni günahlandırır. Guya ki ABŞ-da heç bir sistem, strategiya yoxdur, hər şey prezidentin kefindən asılıdır.

Əvvəlki kurs davam etsəydi, ABŞ-ın rəhbərliyi ilə Kollektiv Qərb məğlublar koalisiyasında olacaqdı. Qaliblər koalisiyasında isə Rusiya, Çin və İran olacaqdı. Bu nəticə ABŞ-ın süqutu olardı.

Tramp nə edir? Tramp ABŞ-ı potensial məğlublar koalisiyasından çıxarıb, potensial qaliblər koalisiyasına daxil edir. Qaliblər koalisiyasına girə bilməsə, ən azı məğlublar koalisiyasında da olmayacaq. Qaliblər koalisiyasına girə bilsə, bu koalisiyadan Çini və İranı itələyib çıxarmaq istəyir.

Bu ABŞ-a nə verir?

Ukrayna müharibəsi 3-cü dünya müharibəsinin əsas cəbhəsidir. Müharibənin qalibləri dünyanın yeni bölgüsünü aparırlar (məğlublarsız və onların hesabına). Buna görə də qaliblər koalisiyasında olmaq və onların sayının az olması çox vacibdir.

 





23.02.2025    çap et  çap et