Ukrayna prezidenti Vladimir Zelenski mətbuat konfransında Avropa liderlərinin sabah Ukraynada keçiriləcək görüşünə toxunub. Avropa liderləri ilə gələcək illər üçün deyil, qarşıdakı həftələr və günlər üçün strategiyaları müzakirə edəcəklərini və Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəklərini deyən Zelenski, Ukraynanın Avropa və ABŞ-ın dəstəyinə ehtiyacı olduğunu bildirib.
Liderlərin bir-iki həftədən sonra Avropa Birliyinin paytaxtında görüşəcəklərini və Ukraynanın hansı təhlükəsizlik təminatına sahib ola biləcəyini müzakirə edəcəklərini qeyd edən Zelenski, qəbul ediləcək bəzi güclü qərarların olduğunu və Avropa Birliyinin parlament liderləri ilə Rusiyaya qarşı dəstək və sanksiya paketləri ilə bağlı ayrıca görüş keçiriləcəyini söylədi.
***
Zelenskidən ABŞ prezidenti Donald Trampdan hansı təminat istədiyini və sülh müqabilində Ukrayna prezidentliyindən getməyə hazır olub-olmadığını soruşublar. Zelenski “Əgər bu vəzifədən imtina etməyimi istəyirsinizsə, mən bunu etməyə hazıram və bu postu Ukraynanın NATO üzvlüyü ilə dəyişə bilərəm” deyib. Zelenski Ukraynanın təhlükəsizliyinə 20 il sonra deyil, indi diqqət ayırdığını deyib və əlavə edib ki, on il prezident qalmaq xəyalları yoxdur.
Müharibənin sona çatması üçün danışıqlar mövzusuna gəlincə, Zelenski NATO-ya qoşulma məsələsinin masada olacağını, lakin bu müzakirələrin necə bitəcəyini bilmədiyini söylədi. “Ancaq hamımız üçün başa düşmək vacibdir ki, bu, Ukraynanın dəvət olunduğu masa deyil. Avropa liderlərini dəvət edən Ukraynadır, çünki biz Avropanın bir hissəsiyik”. ABŞ-ın danışıqlar masası arxasında olması lazım olduğunu vurğulayan Zelenski, ABŞ-ın bu müharibədə Ukraynanın əsas dəstəkçisi olduğunu vurğulayıb.