Vaxt.az bildirir ki, bunu ANS PRESS-ə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib. O bildirib ki, hazırda Dövlət Komissiyanın əməkdaşları və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri hərbçilərlə birlikdə Qazax rayonundadırlar və hazırlıq işləri gedir: «Günorta saat 1-2 radələrində onun öz ölkəsinə təhvil verilməsi prosesinin baş tutacağı gözlənilir. Hər şey erməni tərəfinin dəhliz verib-verməməsindən aslıdır».
Qeyd edək ki, martın 7-də günorta saatlarında Tovuz rayonunda təmas xəttini keçən Ermənistan vətəndaşı 1991-ci il təvəllüdlü Arsen Ananyayeviç Xocayan saxlanılıb. Onun bir qədər əvvəl də eyni istiqamətdə Ermənistandan gəlmiş Mamikon Xocayanla qohum olduğu məlum olub.