ABŞ prezidentinin dünən (23 fevral) imzaladığı sərəncamla, Radio tok-şousunun aparıcısı Bongino, bir neçə gün əvvəl Senat tərəfindən FTB direktoru kimi təsdiqlənmiş Kash Patelə qoşulub.
Respublikaçı Daniel Bongino 1974-cü il dekabrın 4-də Nyu-Yorkda dünyaya gəlib. İtalyan əsilli Bongino “Quins” kollecində psixologiya üzrə bakalavr, Penslivaniya Universitetində isə dövlət idarəetmə üzrə magistr elmi dərəcəsini alıb.
Daniel Bongino 1995-99-cü illərdə Nyu-York Polis Departamentində polis zabiti işləyib. 1999-2002-ci illərdə ABŞ Məxfi xidmətində xüsusi agent işləyib. 2002-ci ildə xidməti tərk edən Bongino Məxfi Xİdməti Akademiyasında təlimatçı olub. 2006-cı ildə Corc Buşun ikinci dönəm prezidentliyində Prezidentin Mühafizə Bölməsinə təyin olunub. 2011-ci il Barak Obama dönəmində vəzifədən gedən Merilanddan Senata namizədliyini verib, amma seçkiləri uduzub.
2013-cü ildə polis fəaliyyəti və 2 prezidentin cangüdəni karyerası barədə xatirələrini çap etdirib. Keçmiş iş yoldaşları məxfi xidmətdəki sirləri yaydığına, o cümlədən Barak Obamanın danışıqlarının memuarına daxil etməsini tənqid edib.
2016-cı ilin yanvarda o, “Mübarizə: Məxfi Xidmət agentinin təhlükəsizlik orqanındakı çatışmazlılqar və siyasi mexanizm barədə hesabatı”, adlı ikinci kitabını nəşr etdirib.
2019-cu ildəki “Təmizə çıxanlar: Bataqlıq köməyli ilə prezident Donald Trampın dayandırılmasına uğursuz cəhd” adlı kitab “The New York Times”ın bestseller siyahısına daxil olub və “xəncər” nişanını qazanıb. Tez-tez “Fox News” telekanalının qonağı olan Daniel Bongino “Infowar” saytında məqalələr yazır.
2021-ci ildə “Cumulus Media” radiosu “Raşa Limba şou”sunun aparıcılığı üçün Bongino ilə müqavilə imzalayıb. Elə Həmin il “Fox News” telenakanlı elan etdi ki, aparıcı ilə bazar günləri yayınlanacaq “Dan Bongino ilə senzuradan kənar” verilişi müqavilə imzalayıb.
2022-ci ildə “Youtube” saytı pandemiya qaydalarını pozduğu səbəbilə ilə Bonginonun kanalını birdəfəlik bağladı.
2023-cü ilin aprelində Bongino uğursuz müqavilə səbəbindən “Fox News”la əməkdaşlığa son qoyur. Elə həmin ilin iyunundan radioşouları tədricən azaldılan aparıcı 2023-cü ilin dekabrında, 18 ay sonra “Cumulus Media”dan da ayrılır.