Avstraliyanın xarici işlər naziri Penni Vonq bu gün bildirib ki, onun ölkəsi Ukraynadakı müharibənin üçüncü ildönümündə Rusiya ilə əlaqəsi olan 150-yə yaxın şəxs və təşkilata qarşı yeni sanksiyalar tətbiq edib.
Nazirliyin bəyanatında deyilir ki, yeni sanksiyalar 2022-ci ilin fevralından bəri ən böyük sanksiyalardır və Rusiyanın Ukraynanın şərqində və Krımda “qeyri-qanuni” idarəçiliyi ilə əlaqəli şəxsləri, o cümlədən “nazirlər”, hakimlər, cinsi zorakılığa və ukraynalı uşaqların məcburi deportasiyasına cəlb olunan şəxsləri əhatə edir.
Bəyanatda deyilir ki, sanksiyalar Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığı təşviq edən, o cümlədən Şimali Koreya qoşunlarının Ukraynadakı döyüş meydanlarına yerləşdirilməsini təşviq edən şəxslər və qurumları da hədəf alır. Avstraliyanın xarici işlər naziri bir daha Rusiyanı döyüşləri dərhal dayandırmağa və mülki şəxslərin müdafiəsi və hərbi əsirlərlə humanist rəftar da daxil olmaqla, beynəlxalq hüquq çərçivəsində öhdəliklərinə tam əməl etməyə çağırıb.
çap et