“Mənim üçün mütləq prioritet Avropanı mümkün qədər tez gücləndirmək olacaq ki, biz addım-addım müdafiə məsələlərində ABŞ-dan müstəqilliyimizə nail ola bilək. Donald Trampın keçən həftə verdiyi bəyanatlardan sonra aydın oldu ki, amerikalılar... Avropanın taleyinə böyük ölçüdə biganədirlər”, – Merz deyib.
CDU-CSU koalisiya lideri, “Amerikadan nə gələcəyi ilə bağlı heç bir illüziyası olmadığını”, – deyib və əlavə edib: “İyunun sonunda NATO zirvəsi ilə indi arasında nə baş verəcəyi ilə çox maraqlanıram. Biz NATO haqqında indiki formada danışmağa davam etməliyik, yoxsa müstəqil Avropa müdafiə qüvvələrini daha tez yaratmalıyıq?”
NATO-nun baş katibi Mark Rutte “X”platformadakı postunda Meri qələbəsi münasibətilə təbrik edib və “ümumi təhlükəsizliyimiz üçün bu kritik anda sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Avropanın müdafiə xərclərini artırması vacibdir və sizin liderliyiniz əsas olacaq”, – deyə Rutte bildirib.
Merz həmçinin İlon Maskın Almaniya seçkilərinə son müdaxiləsini pislədiyini təkrarlayıb: “Vaşinqtondan gələn müdaxilələr dramatik və həyasızlığına görə Moskvanın etdiyi müdaxilələrdən geri qalmır. Ona görə də biz hər iki tərəfdən böyük təzyiq altındayıq”.
Qeyd edək ki, ABŞ milyarderi və Trampın əsas müttəfiqi Mask ifrat sağçı, Almaniya üçün Rusiyayönlü Alternativ (AfD) partiyasını açıq və güclü şəkildə dəstəkləmişdi.