Vaxt.Az

Avropanın təkəri sağa çəkir


 

Almaniyada solçuların başına gələn qəza Fransada da gözlənilir

Avropanın təkəri sağa çəkir Almaniyada baş tutan seçkilər bir daha sübut etdi ki, dünyada “sağ” və “sağ-mərkəz” önə çıxır, “sol-pvesdo-liberal” siyasi güclər zəifləyir. Çünki, xalqlar, toplumlar içiboş, mənasız, insan faktorunu kənara çəkən, iqtisadiyyatın hər sahəsini batıran “over-regulation” (aşırı tənzimləmə) yanaşmalardan bezib. Bu haqda illərdir yazılır.

İnsanları zinhara gətirən, bardağı daşıran son damcı “pandemiya” adlanan sürəcin cinayətkarcasına idarə edilməsi oldu.

İqtisadi oyunçuları isə bezdirən tənzimləmələrin artması, Avropanın “SSRİ-ləşməsi” oldu. Avropada “yaşılların” fiaskosu məhz buna görə baş verdi, ciddi mövzuları “gretathunberg”-ləşdirilməsi insanları bezdirdi, iqtisadiyyatı zəiflətdi.

Almaniya kimi bir ölkədə AFD-nin 21 faizə yaxın səs toplaması ciddi siqnaldır, əgər “mərkəz sağ” və konservatizmi təbliğ edən Merts və onun komandası işlək hökumət qurub problemləri həll, “sol”la ittifaq qurub nəticə əldə edə bilməsə, hökumət koalisiyası yenə dağıla bilər və belə olsa, növbəti seçkilərdə AFD 35-40 faiz səs yığıb hökumət formalaşdırmaq hüququ qazanacaq. Şərqi Almaniya zatən AfD-nindir, Qərbi Almaniyada 2-3 böyük əyalətdə səsini artırsa, qarşısıalınmaz olacaq.

Eyni mənzərəni biz gələn seçkilərdə Fransada da görəcəyik – Le Penin partiyası və ona qoşulan “sağ” qüvvələr qalib gələcəklər.

Qoca Avropa “sağ” siyasətə keçir, görək bu onların “sağalmasına” səbəb olacaqmı...

 





24.02.2025    çap et  çap et