Vaxt.Az

“Fəxr edirəm!”


 

Avropa liderləri müharibənin başlanmasının 3-cü ildönümündə Kiyevə toplaşıb

“Fəxr edirəm!” Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsinin üçüncü ildönümündə ölkəsi ilə fəxr etdiyini bildirib.

Zelenski sosial media hesabında bu barədə açıqlama verib:

“3 il müqavimət, 3 il minnətdarlıq. 3 il ukraynalıların mütləq qəhrəmanlığı. Mən Ukrayna ilə fəxr edirəm. Onu qoruyan və kömək edən hər kəsə təşəkkür edirəm. Ukrayna üçün çalışan hər kəsə. Dövlətimiz və xalqımız üçün canından keçən hər kəsin xatirəsi əbədi olsun”.

***

Ukraynanı dəstəkləyən liderlər Rusiyanın başladığı müharibənin üçüncü ildönümündə paytaxt Kiyevdə toplaşır.

Zelenski dünən keçirdiyi mətbuat konfransında müxtəlif ölkələrdən yüksək səviyyəli nümayəndələrin fevralın 24-də Ukraynaya gələcəyini açıqlayıb.

Bu gün Ukraynada keçiriləcək görüşdə 13 xarici lider iştirak edəcək, 24 nəfər isə onlayn rejimdə əlaqə saxlayacaq.

Avropa Birliyi (AB) Şurasının sədri Antonio Kosta, Avropa Komissiyasının sədri Ursula von der Leyen, Latviya prezidenti Edqars Rinkeviçs, İspaniyanın baş naziri Pedro Sançes və Litva prezidenti Gitanas Nauseda bu görüş üçün səhər saatlarında Kiyevə gəliblər.

 





24.02.2025    çap et  çap et