Vaxt.Az

Bakıdan Merzə çağırış


 

Azərbaycan Almaniyanın yeni hökumətini Xocalı qətliamını “soyqırımı” kimi tanımasını istəyib

Bakıdan Merzə çağırış Azərbaycanın Berlindəki səfiri Nəsimi Ağayev Almaniyanın yeni hökumətini Xocalı qətliamını “soyqırım” kimi tanımağa çağırıb. “Avropanın aparıcı demokratik dövləti kimi Almaniyanın tarixi cinayətlərlə mübarizədə xüsusi məsuliyyəti var. Ümid edirəm ki, Almaniyanın yeni hökuməti təkcə Xocalını soyqırım kimi tanımayacaq, həm də beynəlxalq qiymətləndirmənin aparılması üçün fəal şəkildə çalışacaq”, – Ağayev Xocalı qətliamının 33-cü ildönümü ilə bağlı Almaniya mətbuatına bildirib.

Ağayev Xocalı qətliamına səssiz qalmağın variant olmadığını bildirərək, “Xocalıya ədalət təkcə azərbaycanlıların tələbi deyil, ümumbəşəri humanitar məsələdir”, – deyib.

1992-ci il fevralın 26-da Dağlıq Qarabağın Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən 613 nəfər, o cümlədən uşaq və qadınlar qətlə yetirilib.

Əvvəllər 7 min insanın yaşadığı Xocalıda müdafiəsiz vəziyyətdə olan 613 Azərbaycan vətəndaşı, o cümlədən 106 qadın, 70 qoca və 63 uşaq həyatını itirdi. Qətliamdan 487 nəfər ağır yaralı sağ qalıb. Erməni qüvvələri 1275 nəfəri əsir götürüb, onlardan 150-dən hələ də xəbər yoxdur.

Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda baş vermiş hadisələri müharibə cinayətlərinə və ya insanlığa qarşı cinayətlərə bərabər olan aktlar kimi qiymətləndirib.

Bu günə qədər 15 ölkənin parlamenti və ABŞ-ın 16 ştatının assambleyası Xocalı hadisələrini pisləyən və soyqırımı kimi qiymətləndirən qətnamələr qəbul edib.

 





24.02.2025    çap et  çap et