Suriya Mülki Müdafiə qrupları paytaxtı Dəməşqin Sibeyne bölgəsində devrilmiş Bəşər Əsəd rejimi tərəfindən öldürülən mülki şəxslərə aid olduğu düşünülən kütləvi məzarlıq aşkarlanıb.
Mülki Müdafiə qrupundan Ammar Salmo bildirib ki, vətəndaşın xəbəri ilə binaya gələn qruplar öldürüldükdən sonra yandırılmış cəsədlərin qalıqlarını aşkar ediblər.
Salmo qeyd edib ki, qruplar 20 nəfərin qalıqlarını müəyyən ediblər, lakin bu say 50-yə yüksələ bilər.
Ammar Salmo, cəsədlərin təkərlərlə yandırıldığını, bəzi sümük qalıqlarında güllə izlərinin olduğunu və uşaqlara aid sümüklərin də tapıldığını açıqlayıb.
Suriyada hələ də üstü açılmayan çoxlu sayda kütləvi məzarlıq olduğu düşünülür.
Məqsəd kütləvi məzarlıqlarda tapılan meyitlərin şəxsiyyətini müəyyənləşdirmək və itkin düşənlərin taleyini üzə çıxarmaqdır.