Vaxt.Az

2 uşaqlı analar vergi güzəştləri


 

“Ömürlük azad olunacaqlar”

2 uşaqlı analar vergi güzəştləri Macarıstanın baş naziri Viktor Orban 2 və ya 3 uşaq sahibi olan anaların ömürlük gəlir vergisindən azad ediləcəyini açıqlayıb.

Baş nazir Macarıstan Milli Məclisində hökumətin bu il iqtisadi sahədə atacağı addımlarla bağlı açıqlamalar verib.

2025-ci ili sıçrayış ili olaraq xarakterizə edən Viktor Orban, “Avropada ən əhatəli vergi azaltma proqramını da həyata keçirəcəyik. Mən bunu sıçrayış adlandırıram. 2 və 3 uşaqlı anaları tam və ömürlük olaraq gəlir vergisindən azad edirik”, – deyib.

Orban qeyd edib ki, tənzimləmə üç uşaqlı analar üçün 2025-ci ilin oktyabrında, iki uşaqlı analar üçün isə 2026-cı ilin yanvarında qüvvəyə minəcək.

 





25.02.2025    çap et  çap et