Ağ Evin sözçüsü Cey Karni bildirib ki,
Həmid Əbutalebinin bu vəzifəyə seçiminin düzgün və uyğun olmadığını Tehranın
nəzərinə çatdırılıb.
ABŞ rəsmiləri Əbutalebinin
seçilməsinə1979-cu ildə Tehranda Amerika səfirliyinin ələ keçirilməsi zamanı 52
amerikalının 444 girov saxlayan müsəlman tələbə təşkilatında iştirakı ilə
əlaqədar etirazını bildirib.
İranın Belçikada, Avropa İttifaqında,
İtaliya və Avstraliyada səfiri olmuş Həmid Əbutalebi tələbə təşkilatında
fəaliyyətinin tərcümə və müzakirələrlə məhdudlaşdırıldığını deyib.
Girov böhranı İranın siyasi fiqurlarının həyatında mühüm mərhələlərdən biri olub. Amerikalıların girov götürülməsi nəticəsində Vaşinqton və Tehran arasında diplomatik münasibətlər kəsilmişdir.