Makron amerikalı həmkarı Donald Tramp ilə Ağ Evdə əsasən Ukraynadakı müharibəyə həsr olunmuş görüşündən sonra “Fox News”a verdiyi müsahibədə “İlk növbədə atəşkəsə ehtiyacımız var. Düşünürəm ki, buna yaxın həftələrdə nail olmaq olar”, – deyib.
Fransa prezidenti amerikalı həmkarının geniş tariflər tətbiq etmək hədəsinə işarə edərək, ABŞ-ın Çin və Avropa ilə eyni anda ticarət müharibəsi apara bilməyəcəyini bəyan edib. “Fox News”un verdiyi xəbərə görə, Makron “Çin və Avropa ilə eyni anda ticarət müharibəsi apara bilməzsiniz” deyib.