Vaxt.Az

Yaya qədər sıxıntı yoxdur


 

ABŞ-ın silah yardımı kəsilərsə, ...

Yaya qədər sıxıntı yoxdur “Wall Street Journal”ın (WSJ) məlumatına görə, ABŞ prezidenti Donald Tramp Kiyevə yardımı kəsərsə, Ukrayna ən qabaqcıl silahlarını çatışmazlığı ilə üzləşə bilər.

ABŞ yardımı olmasa, Ukrayna və müttəfiqlərinin ölkənin hərbi texnika açığını bağlamaqda çətinlik çəkəcəyi, Ukraynanın indiki gücünü “yay aylarına qədər” saxlaya biləcəyi, lakin sonradan sursatla bağlı problem yaşaya biləcəyi bildirilib.

Pentaqonun keçmiş yüksək rütbəli rəsmisi Seleste Uollander Ukraynanın ilin ortalarına qədər indiki müharibə tempini saxlaya biləcəyini, bəzi ukraynalı ekspertlərin isə bu müddətin bir az daha uzun sürəcəyinə inandığını deyib.

***

Ukrayna prezidenti Vladimir Zelenskinin baş köməkçisi deyib ki, Vaşinqtonun hərbi yardımının kəsilməsi Ukraynanın öz hərbi istehsalını artırmalı və Avropadan daha çox dəstək istəməli olacaq.

Rəsmilər və ekspertlər deyirlər ki, ABŞ-dan göndərilən yüklər bitdikdən sonra Ukraynanın uzun mənzilli zərbə imkanları və arxa xətlərini qorumaq qabiliyyəti əhəmiyyətli dərəcədə zədələnəcək.

Ekspertlər Avropanın ABŞ-ın boşluğunu tam doldura biləcəyinə də şübhə edirlər.

Tramp bu günə qədər Ukraynaya 300 milyard dollardan çox pul xərclədiklərini və Avropanın sülhə aparan prosesdə daha böyük rol oynamalı olduğunu qeyd edib.

Seçki kampaniyası zamanı Ukraynada müharibəyə son qoyacağını vəd edən Tramp vəzifəyə gəldikdən sonra uzun fasilədən sonra müharibə ilə bağlı diplomatik fəaliyyətə başlayıb.

 





25.02.2025    çap et  çap et