Sinqapurun ən böyük banklarından biri olan DBS, qarşıdakı 3 il ərzində müxtəlif vəzifələrdə çalışan təxminən 4000 müqaviləli işçini işdən çıxarmağı və bu rollarda süni intellektdən istifadə etməyi planlaşdırdığını açıqladı.
Yerli mətbuatda yayılan xəbərlərə görə, DBS Bankın İdarə Heyətinin sədri Piyuş Qupta Hindistanın Mumbay şəhərində keçirilən konfransda süni intellektin bank sektoruna təsiri ilə bağlı fikirlərini bölüşüb.
Süni intellektin insanların gördüyü işlərin daha çoxunu ələ almasını gözlədiyini ifadə edən Qupta, “Mənim hazırkı təxminlərim budur ki, önümüzdəki üç il ərzində işçi qüvvəmizi təxminən 4000 nəfər və ya 10 faiz azaldacağıq”.
Qupta, ixtisarların müqaviləli işçilərdən ibarət olacağını, süni intellektlə bağlı təxminən 1000 yeni vəzifə açmağı planlaşdırdıqlarını vurğuladı.
İxtisarların hansı vəzifələrə təsir edəcəyi barədə ətraflı məlumat verilməyib.
Təxminən 41 min nəfərin çalışdığı DBS Bankın 8-9 min müqaviləli işçisi var.