ABŞ prezidenti Donald Trampın “cavab verməsəniz, əsas etibarilə işdən çıxarılacaqsınız” deyərək dəstəyini ifadə etdiyi email tələbi federal qurumlarda xaosa səbəb olub.
Personel İdarəetmə İdarəsi (OPM) elektron məktublara cavab verməyən işçilərin işdən çıxarılmayacağını elan edərkən çaşqınlıq yaradıb.
CNN xəbərinə görə, Ədliyyə Departamenti, Dövlət Departamenti, Pentaqon, FTB, Daxili Təhlükəsizlik Departamenti və Energetika Departamenti bir sıra digər departamentlər və agentliklər işçilərinə cavab verməməyi xahiş ediblər.
Anonimlik şərti ilə telekanalla ilə danışan federal agentliyin əməkdaşları, cavab verib-verməmək narahatçılığı altında bazar ertəsi gününü gərginlik içində keçirdiklərini söyləyiblər.
“Rəhbərimiz bunun məcburi olduğunu söylədi. Sonra Veteranlarla İş Departamentinin rəsmilərindən biri (OPM) bunun istəyə bağlı olduğunu dedi. Sonra Tramp bunun yenidən məcburi olduğunu söylədi. Heç kəs kimin məsul olduğunu və kimə qulaq asacağını bilmir” dedi.
Daxili Gəlir Xidmətinin (IRS) işçisi “Bu, dəlixanaya bənzəyirdi” dedi.
Ətraf Mühitin Mühafizəsi Agentliyindən (EPA) biri onların cavab verməyə təşviq edildiyini tənqid edib: “Heç kimin arxası yoxdur. EPA hədəf alındığından, onlar düşünürlər ki, əgər lütfkarlıq göstərsələr, büdcədə azalma olmayacaq. Bir zorbaya güzəşt etsəniz, o, daha çox sizin arxanızca gələcək”.
Xarici İşlər Nazirliyinin əməkdaşı narahatlığını belə izah edib: “Heyət gördükləri mühüm işləri nümayiş etdirmək istəsələr də, bu məlumatların hara getdiyini bilmirlər”.
Amerika Hökumət İşçiləri Federasiyasının (AFGE) icraçı direktoru Deyvid Demas bildirib ki, 30 həmkarlar ittifaqı üzvü məlumat almaq üçün bazar ertəsi ona zəng edib.