Amerikalı milyarder İlon Maska məxsus şirkətin səhmlərinin qiyməti çərşənbə axşamı 8,39 faiz azalaraq 302,8 dollar olub. Səhmlərinin azalması ilə “Tesla”nın bazar dəyəri 1 trilyon dollardan aşağı düşüb.
Beləliklə, “Tesla” 973,96 milyard dollar bazar dəyəri ilə dünyanın ən dəyərli şirkətləri arasında 10-cu yeri tutub.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) açıqladığı məlumatlara görə, Avropada “Tesla” markalı avtomobil satışları yanvar ayında keçən ilin eyni dövrü ilə müqayisədə 45,2 faiz azalıb.
Analitiklər 2024-cü il noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qalib gəlməsindən sonra “Tesla”nın populyarlığının azaldığını bildiriblər.
Trampın seçkilərdə qalib gəlməsindən sonra əldə etdiyi qazancların böyük hissəsini itirən “Tesla” səhmləri ilin əvvəlindən bu yana 25 faiz dəyər itirib.