Peyvənd əməliyyatdan sonra qalan xərçəng hüceyrələrini hədəf alıb və sağlam hüceyrələrə zərər vermədən onları yox edib. Yale Xərçəng Mərkəzi və Dana-Farber Xərçəng İnstitutu tərəfindən hazırlanmış peyvənd xüsusi olaraq hər bir xəstənin bioloji xüsusiyyətlərinə uyğunlaşdırılaraq, immunitet sisteminin yalnız şişə xas mutasiyaları tanımasını və məhv etməsini təmin edib.
***
Yale Xərçəng Mərkəzinin baş mütəxəssisi Deyvid Braun, “Bu tədqiqatın əsas məqsədi immunitet sistemini birbaşa şişə məxsus hədəflərə yönəltmək idi”, – deyib.
Hər bir xərçəng hadisəsinin özünəməxsus olduğuna əsaslanaraq, alimlər xəstəyə xüsusi immun inkişaf etdirən bir peyvənd hazırlayıblar. Böyrək xərçənginin ən ölümcül növlərindən biri olan 3 və 4 mərhələlərində diaqnoz qoyulan xəstələrin 85-90 faizi vəfat edir. Lakin bu eksperimental peyvənd residivlərin qarşısını almaqda vəd verir. Xərçəng xəstələrinin 20 faizdən 50 faizə qədər xəstəlik geri dönə bilsə də, peyvənd tədqiqatda iştirak edən 9 xəstənin heç birində xəstəliyin təkrarlanmasına səbəb olmayıb. Tədqiqatın nəticələri elm dünyasının ən nüfuzlu jurnallarından biri olan “Nature”da dərc olunub.