Konqresinin Nümayəndələr Palatasının üzvü Co Vilson, ABŞ prezidentinin şəkli əks olunan əskinasın dövriyəyə buraxılması üçün qanuni işlərə başladığını açıqlayıb.
Respublikaçı konqresmen “X” sosial media platformasında məsələ ilə bağlı açıqlama verib. ABŞ-dakı inflyasiyanı keçmiş prezident Co Bayenlə ilə əlaqələndirərək “Bidenflyasiya” olaraq xarakterizə edən Vilson, “Bidenflyasiya Amerika ailələrini daha çox nağd pul daşımağa məcbur edərək iqtisadiyyatı məhv edib”, – deyib.
Vilson, Trampın şəklinin yer alacağı 250 dollarlıq əskinas üçün qanun layihəsi hazırlamağa başladığını bildirib: “Ən dəyərli prezident üçün ən qiymətli əskinas”, sözlərindən istifadə edib.