Bu gün İran parlamentində ölkə konstitusiyanın 15-ci maddəsinin ikinci hissəsinə əsaslanan etnik və yerli xalqların dil və ədəbiyyatının tədrisi layihəsi müzakirəyə çıxarıldı. Lakin müzakirələrdən sonra, layihənin ümumi müddəaları 246 iştirakçı millət vəkilindən 104-nün lehinə, 130-nun əleyhinə və 5-nin isə bitərəf qalması ilə qəbul edilmədi.
Layihənin əleyhinə çıxış edən Məclisin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Məhəmməd Mehdi Şəhriyari iddia etdi ki, ölkə məktəblərində yerli və etnik dillərin ədəbiyyatının tədrisi layihəsinin icrası hazırkı şəraitdə məqsədəuyğun deyil, çünki bu mövzu ölkənin ərazi bütövlüyünü və “milli birliyini” təhlükə altına ala bilər.
47 il ərzində ilk dəfə bu layihənin parlament müzakirəsi və qəbul edilməməsi bir daha İran rejiminin qeyri-fars millətlərə qarşı davam etdirdiyi ayrı-seçkilik siyasətinin iç üzünü dünyaya göstərmiş oldu.
çap et