Vaxt.Az

Rusiyanın iki adamı həbs olundu


 

Avropa Kremlin dəstəklədiyi siyasətçilərə göz açdırmır

Rusiyanın iki adamı həbs olundu Putinin dostlarının problemləri yaranmağa başlayır. Əvvəlcə Dodik, sonra Corcesku...

Srpska Muxtar Respublikasının rəhbəri Milorad Dodik bir il həbs və 6 il siyasi fəaliyyətə qadağa qoyulub. Məhkəmə onu BMT-nin Ali Nümayəndəsinə tabe olmamaqda ittiham edərək qiyabi hökm çıxarıb.

2023-cü ilin avqustunda Dodikə qarşı Bosniya və Herseqovina Konstitusiya Məhkəməsinin qərarlarını Serb Respublikası ərazisində etibarsız elan edən fərmanına görə ittihamlar irəli sürülür.

Rumıniyada keçirilən prezident seçkilərində Rusiyanın müdaxiləsi iddiası ilə ləğv edilən seçki nəticələrinə görə rusiyapərəst namizəd Kalin Corcesku saxlanılıb. Avtomobili yolda dayandırılan siyasətçi dindirilmək üçün Baş Prokurorluğa aparılıb.

Bu səhər Corceskunun ətrafına daxil olan şəxslər də faşist, irqçi və ksenofobik xarakterli təşkilat yaratmaqda, habelə soyqırımı və ya müharibə cinayətlərində təqsirli olan insanlara pərəstiş etmək kimi bir sıra əməllərdə şübhəli bilinərək həbs ediliblər.

Rumıniya Baş Prokurorluğunun məlumatına görə, Corceskunun seçki kampaniyasının maliyyələşdirilməsi ilə Rusiya arasında aydın əlaqə var. Prezidentlik kampaniyası zamanı TikTok şəbəkəsində çoxlu saxta hesablar Kalin Corceskunu dəstəkləyən mesajlarla doldurulmuşdu. Rumıniya hakimiyyəti təbliğat botları şəbəkəsinin Kreml tərəfindən koordinasiya edildiyini düşünür.

 





26.02.2025    çap et  çap et