Vaxt.Az

ABŞ-da işsizlik dalğası gözlənilir


 

Federal hökumətə kəskin ixtisarlara hazırlaşmaq əmri verildi

ABŞ-da işsizlik dalğası gözlənilir ABŞ Prezidenti Donald Trampın administrasiyası federal qurumlara hökumətin yenidən qurulması çərçivəsində işçi qüvvəsini kəskin şəkildə azaltmağa hazırlaşmağı tapşırıb.

Ağ Evin İdarəetmə və Büdcə ofisinin direktoru Rassell Vout mövzu ilə bağlı ABŞ-dakı federal qurumlara açıqlama göndərib.

Bəyanatda deyilir ki, prezident Tramp federal qurumların rəhbərlərinə işçi sayının ciddi azaldılmasına hazırlaşmaq göstərişi verib.

Bəyanatda qeyd edilir ki, federal qurumlar yenidən strukturlaşdırma planlarını martın 13-dək təqdim etməlidirlər və plan çərçivəsində işdən çıxarılanların vəzifələrinə təyinatlar olmayacaq.

Bəyanatda federal hökumətin “bahalı, səmərəsiz və borc içində” olduğu vurğulanır: “Amerika xalqına xidmət edən heç bir şey istehsal etmir. Əksinə radikal maraq qruplarına fayda gətirir və zəhmətkeş Amerika vətəndaşlarına zərər verən səmərəsiz və lazımsız proqramları maliyyələşdirmək üçün külli miqdarda pul mənimsənilir”.

Bəyanatda qeyd olunub ki, milli təhlükəsizliklə bağlı vəzifələr və ABŞ Poçt xidməti təlimatlardan azaddır.

 





27.02.2025    çap et  çap et