Məhkəmə sistemi nadir hallarda bu cəzanı verir. Terror işlərində bu qərar 2015-ci il noyabrın 13-də Parisdə 130 nəfərin ölümü ilə nəticələnən hücumlara görə fransalı Salah Abdeslamama qarşı verilmişdi.
Paris prokurorları Auissaui üçün “şərti azad edilmədən ömürlük həbs” cəzası istəyib.
Terrorla mübarizə üzrə prokurorlar xəbərdarlıq ediblər ki, totalitar və barbar fanatizmdə tələyə düşmüş Brahim Aouissaoui təhlükə yaradır.
Prokuror müttəhimə cihadçılıq ideologiyasının davamçısı olduğunu xatırladanda, 25 yaşlı tunisli ərəbcə qışqırıb: “Bu, terror deyil”. Auissaui vəkili müttəhimin bu çıxışına əsəbləşib və ona susmağı əmr edib.
Prokurorlar, Auissauinin mətbəx bıçağı ilə 60 yaşlı Nadine Vinsentin və 55 yaşlı keşiş Vinsent Lukisin boğazını kəsərək, 44 yaşlı fransız əsilli braziliyalı Simone Barreto Silvaya 24 bıçaq zərbəsi vuraraq görünməmiş vəhşilik törətdiyini bildirib.
Prokuror bildirib ki, tələb olunan cəza əməlin vəhşiliyinə mütənasib olmalıdır. Məlumata görə, Auissaui yaddaş itkisini əsas gətirərək faktları təkzib etdikdən sonra törətdiklərini etiraf edib.