Vaxt.Az

Zelenski Starmerlə görüşəcək


 

Hər iki lider öncə ABŞ-a səfər edəcək

Zelenski Starmerlə görüşəcək Ukrayna prezidenti Vladimir Zelenski bazar günü baş nazir Keir Starmer ilə danışıqlar aparmaq üçün Böyük Britaniyaya səfər edəcək.

Mənbənin sözlərinə görə, görüş Leyboristlər Partiyasının liderinin Londonda Avropa liderləri ilə Avropa müdafiəsi üzrə sammitə sədrlik etməli olduğu bir vaxtda baş tutacaq. Görüş hər iki dövlət başçısının (Starmerin bu gün, Zelenski isə sabah Donald Trampla görüşəcək) ABŞ səfərindən sonra keçiriləcək.

AFP-nin verdiyi məlumata görə, Zelenski heç bir tarix göstərmədən Londona səfər etmək niyyətində olduğunu açıqlayıb.

O, Kiyevdə mətbuat konfransında, “ABŞ-dan sonra ora getdiyimi görəcəyik, Londona səfər etməyi planlaşdırıram... Bundan dərhal sonra avropalılar və mən Key Starmerlə görüşəcəm”, – deyib.

Bu arada Tramp dünən təsdiqləyib ki, ukraynalı həmkarı Ukrayna mədənlərinin istismarına dair çərçivə sazişini yekunlaşdırmaq üçün Vaşinqtona səfər edəcək.

 





27.02.2025    çap et  çap et