Bezos “X” sosial media platformasında “WP”də etməyi planlaşdırdıqları dəyişikliklərlə bağlı açıqlama verib.
Bundan sonra qəzetin rəy bölməsində şəxsi azadlıqlar və azad bazarlarla bağlı yazıların yer alacağını bildirən Bezos, bu iki mövzuya uyğun gəlməyən fikirlərin artıq “WP”də dərc olunmayacağını açıqlayıb.
Keçmişdə qəzetlərin oxuculara bütün baxışları əhatə etməyə çalışan geniş əsaslı rəy bölməsi təqdim etməyi hədəflədiyini qeyd edən Bezos, “Bu gün internet bu işi görür”, – deyib.
Azad bazarlar və şəxsi azadlıqlarla bağlı fikirlərin hazırkı xəbər bazarında kifayət qədər yer tapmadığına diqqət çəkən Bezos, bu boşluğu birlikdə dolduracaqları üçün həyəcanlı olduğunu vurğulayıb.
***
Bezos verdiyi açıqlamadan sonra “WP”nin redaktoru Deyvid Şiplinin işdən ayrıldığını bildirib.
“Bu, əhəmiyyətli bir dəyişiklikdir, amma asan olmayacaq və 100 faiz qərarlılıq tələb edəcək”, – deyən Bezos Şiplinin qərarına hörmət etdiyini qeyd edib.