Vaxt.az İspaniyanın tanınmış idman nəşri «El Mundo Deportivo»ya istinadən bildirir ki, baş məşqçi Dieqo Pablo Simeone həm gənc, həm də yetənəkli oyunçulardan ibarət əsas heyət istədiyini klub rəhbərliyinə bildirib. İspan mütəxəssis qələbəlik və rəqibdə basqı yaradan bir orta sahə istəyir. Bunun üçün 90 dəqiqə ərzində bir an belə dayanmayacaq gənc yarımmüdafiəçilər tələb olunur. Bundan başqa transferlərdə uzaqdan güclü və dəqiq zərbələri olanlara önəm veriləcək. Bu tələbləri əldə prioritet tutan madridlilər Avropada səs salmış yetənək ovuna çıxıb. Bütün bu tələblərə uyğun gələn futbolçuların siyahısında ilk yerdə Almaniya «Hamburq»unda forma geyən türk futbolçu Hakan Calhanoğlu gəlir.
Baş məşqçi Dieqo Pablo Simeone jurnalistlər ilə görüşü zamanı, heyətindəki digər türk futbolçusu Arda Turanın klub üçün nə qədər vacib bir oyunçu olduğunu hər dəfə vurğulayır. Bu fikri əldə bayraq tutan jurnalistlərə görə, Ardayla yaxın dost olması və meydançada daha yaxşı anlaşması Hakan transferini daha önəmli edir.
Fiziki cəhətdən güclü, 20 yaşlı, 1.78 boyunda olan Hakan Calhanoğlu bu mövsüm Almaniya «Bundesliqa»sında «Hamburq» forması ile çıxdığı 31 oyunda 9 dəfə rəqib komandanın qapısına yol tapıb. Orta sahənin həm kənarlarında həm də mərkəzində oynaya bilən, hücuma meylli, dəqiq və qüvvətli zərbələrə malik gənc futbolçunun bu mövsüm göstərdiyi baxımlı futbolu onun Türkiyə A Milli Futbol komandasına qədər yüksəlməsinə gətirib çıxarıb. Türkiyə millisində Arda ilə arasından su keçməyən Hakan dostuyla eyni klubun formasını da tərlədəcəkmi?