Vaxt.Az

Suyun lal axanı, quşun yerə baxanı


 

Utancaq olmasına baxmayaraq kazuarların hücumu çox vaxt ölümlə nəticələnir

Suyun lal axanı, quşun yerə baxanı Avstraliyalılar dözümlü və qorxmaz olmaqları ilə məşhurdurlar. Hər cür zəhərli ilan və hörümçəklərin olduğu bir ölkədə yaşamaq bir qədər cəsarət tələb edir.

Amma təpəli dəvəquşu (Cassowary) sadaladığımız heyvanlardan daha təhlükəlidir. Avstraliyalıların ürəyinə qorxu salan təkcə hər hansı bir quş deyil. Dünyanın ən təhlükəli quşu kimi tanınan Kazuarlar canlı aləmdəki ən iri quşlarından biridir və başqa geoloji dövrə aid olduğu görünür.

Ornitoloqlar bu heyvanlar haqqında, “Onlarda primitiv bir şey var, canlı dinozavrlara bənzəyirlər”, – deyirlər. Tarixən bəzi kazuar hücumlarının ölümlə nəticələndiyi məlum olub.

İnsan boylu, parlaq qara kürkü, qorxunc gözləri, deşici iri dimdiyi var, iki ayağı üstə sürətlə qaçır, hər ayağında xəncərə bənzər iri caynaqları var.

***

Olduqca utancaq olduqları bilinən bu quşları təbii yaşayış yerlərində, yəni tropik meşələrdə fərq etmək demək olar ki, mümkün deyil. Ancaq qəzəbləndikdə və ya təhrik etdikdə, inanılmaz gücləri böyük fəlakətə səbəb ola bilər.

Kazuarlar digər dəvəquşular uça bilmirlər və nadir heyvan növlərindən biridirlər ki, körpə quşlara erkək quşlar qayğı göstərir.

***

Təbiətdə dəvəquşu ilə qarşılaşsanız, etməli olduğunuz ilk şey əllərinizi arxanıza qoymaqdır.

Dəvəquşunun diqqətini çəkməmək üçün mümkün qədər darıxdırıcı olun. Bir ağacın arxasına keçin. Sadəcə ətraf mühitə uyğunlaşın. Qışqırmayın və qollarınızı yelləməyin.

Dəvəquşu ilə qarşılaşan şəxs qışqırmaq və əks istiqamətə qaçmaq istəyini hiss edə bilər və bunun fəsadı ağır ola bilər.

2001-ci ildə “Journal of Zoology” jurnalında dərc edilən bir araşdırma, ağır fəsadlı hadisələrin 75 faizinin insanların dəvəquşulara qida verməsi nəticəsində baş verdiyini müəyyən edib.

 





27.02.2025    çap et  çap et