Müzakirələrdən sonra Zelenski Ağ Evi tərk edib.
***
Müzakirələrdən sonra Ukrayna prezidenti Zelenski sosial media hesabında açıqlama verib və təşəkkür mesajı yayıb.
“Amerikaya təşəkkür edirəm, dəstəyinizə görə təşəkkür edirəm, bu səfərə görə təşəkkür edirəm. Trampa, Konqresə və Amerika xalqına təşəkkür edirəm. Ukraynanın ədalətli və davamlı sülhə ehtiyacı var və biz məhz bunun üçün çalışırıq”, – Zelenski mesajında bildirib.