Vaxt.Az

Səfirliyindən mənalı paylaşım


 

Qonağı qarşılamaq mədəniyyətdir

Səfirliyindən mənalı paylaşım ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında Oval kabinetdə mübahisədən sonra Ukraynanın Ankaradakı səfirliyi sosial media hesabında Zelenskinin Türkiyə səfəri zamanı prezident Ərdoğanla çəkilmiş şəkli paylaşıb.

Ukraynanın Ankaradakı səfirliyinin “X” sosial media hesabında paylaşılan paylaşımda prezident Rəcəb Tayyib Ərdoğanın fevralın 18-də Beştəpədə Zelenskini qarşıladığı andan kadr yer alıb.

Fotoda prezident Ərdoğanın yağışda əlində çətir tutaraq onun altında qonaq prezident Zelenskini yağışdan qoruduğu görünür.

Paylaşımda başqa heç bir açıqlama verilməyib.

Sözügedən yazı ABŞ prezidenti Trampın Oval kabinetdə canlı televiziyada Zelenski ilə gərgin dialoqundan sonra yayılıb.

Oval kabinetdə görüş zamanı ABŞ prezidenti Trampla Ukrayna prezidenti Zelenski arasında mübahisə yaranıb, nəticədə əvvəllər planlaşdırılan birgə mətbuat konfransı ləğv edilib və Zelenski Ağ Evi tərk edib.

Debat zamanı Tramp Ukrayna liderinin mövqeyini tənqid edib, Zelenski isə ölkəsinə dəstək gözlədiyini bildirib.



Oval kabinetdəki qızğın müzakirələrdən sonra Prezident Tramp “Truth Social” hesabında verdiyi açıqlamada Zelenskinin hələ sülhə hazır olmadığını müdafiə etdi.

 





01.03.2025    çap et  çap et