Vaxt.Az

Londonda Ukrayna zirvəsi


 

Avropa liderlərinin sammitinə Türkiyə də dəvətlidir

Londonda Ukrayna zirvəsi Avropa liderləri qitəni və Kiyev administrasiyasını prosesdən kənarlaşdırmaqla Ukraynada öz sülh planını həyata keçirmək üçün addımlar atan ABŞ administrasiyası ilə təmaslarını gücləndirirlər.

Britaniya və Fransa mümkün sülh razılaşmasından sonra ABŞ-ın zəmanəti ilə Avropa sülhməramlılarının Ukraynaya göndərilməsini istəyir. Lakin Vaşinqton administrasiyası bu təklifə hələ də yaşıl işıq yandırmayıb. Bir gün əvvəl Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşən İngiltərə baş naziri Keir Starmer sabah Londonda da Ukrayna sammiti keçirəcək. Bildirilib ki, sammit üçün prezident Tayyib Ərdoğan da daxil olmaqla bir çox Avropa liderlərinə dəvət göndərilib.

Zirvə görüşünə Türkiyə, Almaniya, Fransa, İtaliya, Hollandiya, Norveç, Polşa, İspaniya, Finlandiya, İsveç, Çexiya və Rumıniya liderləri, həmçinin NATO-nun baş katibi Mark Rutte və Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula von der Leyen də dəvət olunub. Böyük Britaniyanın baş nazirinin ofisi açıqlamasında bildirib ki, sammit Ukraynanın suverenliyini və təhlükəsizliyini qoruyacaq sülh yolu ilə həllə Avropanın ümumi və qətiyyətli dəstəyini nümayiş etdirmək məqsədi daşıyır.

 





01.03.2025    çap et  çap et