«Ukraynadakı mürəkkəb vəziyyəti və Aİ ilə danışıqlarımızın başa çatmadığını nəzərə alaraq, mən «Qazprom»u və hökuməti bu qərarı təxirə salmağa çağırıram», - Putin deyib.
Eyni zamanda, baş nazir Dmitri Medvedyev hökumət iclasında ««Qazprom»un Ukrayna hökuməti ilə danışıqlara yenidən baxmasına və qabaqcadan ödəniş sisteminə keçməsinə əsas var», - şəklində mübahisəli təklif verib.
Fevral ayı sabiq Ukrayna prezidenti Viktor Yanukoviçin vəzifədən kənarlaşdırılmasından sonra Rusiya ilə Qərb arasında münasibətlər pisləşib. Rusiyanın mart ayında mübahisəli referendumundan sonra Krımın anneksasiyası münasibətləri bir az da gərginləşdirib.
Qeyd edək ki, Aİ və ABŞ buna Kremllə əlaqəsi olan bir neçə şəxsə iqtisadi sanksiya qoyaraq cavab verib. Bundan sonra «Qazprom» Kiyevi borcunu ödəməyə tələsdirib.
O vaxtdan bəri 2.2 milyard dollarlıq borc (1.3 milyard avro) və Kiyevin təbii qaz üçün ödədiyi məbləğlə bağlı gərgin mübahisələr başlayıb.
Kiyevə təbii qazın qiyməti ötən həftə 2 dəfə artaraq, 10000 kub metr üçün 485 dollara qalxıb. Ukraynanın müvəqqəti baş naziri Arseniy Yatsenyuk bu addımı «iqtisadi təcavüz» və «siyasi qiymətlər» kimi pisləyib.
Xatırladaq ki, «Qazprom» Kiyevə 2.2 milyard dollarlıq borcunu ödəməsi üçün aprelin 7-i gecə yarısına qədər vaxt verib. Son müddətə qədər heç bir ödəniş edilməyib. O vaxtdan bəri buna münasibət bildirən ilk Rusiya rəsmisi Putin olub.