Vaxt.Az

“Qızdırması olmayıb”


 

Papanın son sağlamlıq vəziyyəti açıqlanıb

“Qızdırması olmayıb” Katoliklərin ruhani lideri və Vatikan dövlətinin başçısı Roma Papası Fransiskin dünənki bronxospazm tutması və bunun nəticəsində tənəffüsünün pisləşməsindən sonra gecəni sakit keçirdiyi, daha bir tutma keçirmədiyi və vəziyyətinin stabil olduğu bildirilib.

Vatikan fevralın əvvəlində keçirdiyi ağır bronxit səbəbiylə 16 gündür Romadakı Gemelli Xəstəxanasında müalicə alan və ikitərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papanın sağlamlıq vəziyyəti ilə bağlı axşam saatlarında yeni açıqlama verib.

“Papanın klinik vəziyyəti stabil olaraq qalıb. O, mexaniki ventilyasiyanı uzunmüddətli yüksək axınlı oksigen terapiyası ilə əvəzləyib və qaz mübadiləsinə həmişə yaxşı reaksiya verib. Papanın hərarəti yoxdur və leykositoz aşkarlanmayıb”, – məlumatda deyilir.

***

Papanın hemodinamik parametrlərinin sabit qaldığı bildirilən açıqlamada, “O, müntəzəm olaraq tənəffüs fizioterapiyası edərək qidalanmağa və aktiv şəkildə əməkdaşlıq etməyə davam edib. Bronxospazm tutması olmadı”, –deyilib.

Vatikandan günorta saatlarında edilən açıqlamada Papanın dünənki bronxospazm tutmasından sonra gecəni sakit keçirdiyi və dincəldiyi, dünənki krizdən sonra bir daha tutması olmadığı və qızdırmasının olmadığı bildirilib.

Qeyd olunub ki, həkimlər xəstəliyin gedişi ilə bağlı ehtiyatlı yanaşmalarını davam etdirirlər.

 





02.03.2025    çap et  çap et