Maskın əsasını qoyduğu Amerika neyrotexnologiya şirkəti “Neuralink”in meneceri Şivon Zilis “X”dəki paylaşımında Maskın daha bir övladı olduğunu açıqlayıb.
“İlonla danışdım və gözəl Arkadiyanın doğum günündə heyrətamiz və gözəl oğlumuz Seldon Likurqusun xəbərini paylaşmağın sevindirici olacağını düşündük”, deyə Zilis öz postunda yazıb.
Körpənin nə vaxt doğulduğu bilinməsə də, Mask Zilisin paylaşımını ürək emojisi ilə təsdiqləyib.
Beləliklə, 53 yaşlı iş adamının övladlarının sayı 14-ə yüksəlib.