***
Zelenskiyə qarşı təhqiramiz ifadələr işlədən Rusiyanın keçmiş prezidenti və hazırkı Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev, “Tramp ilk dəfə bu təlxəyin üzünə həqiqəti söylədi. O, III Dünya müharibəsinə mərc etdiyini bildirdi. Minnətdarlığın nə olduğunu bilməyən bu donuz böyük bir sillə aldı. Bu hadisədən sonra Rusiya Ukraynada zəif təlim keçmiş, sahiblərinin əlini dişləyən sirk heyvanları ilə danışıqlar apara bilməz”.
***
Medvedev həmçinin Ağ Evdəki böhrandan dərhal sonra AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasın “Azad dünyanın yeni liderə ehtiyacı var” sözlərinə cavabında, “Mən o yeni liderin kim olduğunu bilirəm. Onun adı Vladimir Putindir”, – deyib.
***
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Zelenskini heyvana bənzədib: “Zelenski onsuz da hamıya təkəbbürlə yanaşır. Onu qidalandıran əli dişləyir. Bu şüursuz heyvan reallığı dərk etməkdə acizdir. Qarşılaşdığı hər kəsə hücum edir”.