Əvvəlcə forvardın La Liqada «Almeriya» ilə görüşü buraxacağı, daha sonra heyətə qayıdacağı açıqlanmışdı. Amma son gələn xəbərlərdə portuqaliyalı forvardın dizaltı vətərlərində ciddi problem olduğu bildirilib. Ronaldonun sağalması üçün 15 gün vaxt lazımdı.
Belə olan halda Ronaldo nəinki «Barselona» ilə kubokun final matçında, eyni zamanda Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşündə də meydana çıxmayacaq.