Vaxt.Az

İki kiçik ölkədən böyük addım


 

Rusiya və Çinə qarşı qeyri-adi əməkdaşlıq

İki kiçik ölkədən böyük addım ABŞ prezidenti Donald Trampın Vaşinqtonun xarici siyasətində dəyişikliyə dair siqnalları və onun Ukrayna lideri Vladimir Zelenskini kamera qarşısında danlaması bir çox paytaxtlarda müdafiə narahatlığını artırıb.

Çinin işğal təhlükəsi altında olan Tayvan və 1968-ci ildə Praqa baharından sonra ərazisinə Sovet İttifaqı tanklarının girməsini unutmayan və bu üzdən Rusiyadan ehtiyat edən Çexiya qurduqları qeyri-adi əlaqələrlə özlərini qorumağa çalışırlar.

ABŞ-ın “Wall Street Journal” (WSJ) qəzeti bu iki ölkə arasındakı yaxınlaşmanı araşdırıb.

Bildirilib ki, Praqa və Taypey arasında kəşfiyyat, ticarət və investisiya sahələrində davam edən əməkdaşlıq hər iki tərəfə faydalı olub. İki ölkə arasında rəsmi diplomatik əlaqələr olmasa da, Çexiyanın Çin tərəfindən təcrid olunmağa çalışan Tayvanı dünya ilə təmin etdiyi bildirilib.

Praqanın Taypeydən Kiyevə humanitar yardım çatdırdığı və ölkə rəhbərliyinin NATO-da Tayvanın hüquqlarını ən çox müdafiə etdiyi bildirilib.

Asiya-Sakit okean hövzəsində Çinə qarşı Yaponiya və Cənubi Koreya ilə ittifaq quran NATO-nun Tayvan məsələsində tərəddüddə olduğu vurğulanır.

Tayvanın Milli Təhlükəsizlik Şurasının baş katibi Cozef Vu xatırladıb ki, “Çexiya bizə ehtiyac duyduqda bizə dəstək olmaq üçün oradadır”.

Tayvanın Rəqəmsal Məsələlər Nazirinin müavini Çiue Herminq hesab edir ki, Çexiya və onun qonşuları Çinlə təcrübələrini dəyərli görürlər: “Rusiyaya ilə sərhədi olan hər bir NATO ölkəsi bizimlə görüşmək istəyir”.

Herminq keçən il Praqada dənizaltı internet kabellərinin mühafizəsi ilə bağlı konfransda iştirak edib. Həm Tayvan, həm də Avropa ölkələri bu kabellərin pozulmasından əziyyət çəkirlər. Bu hadisələrdə Rusiya və Çinin əli olduğu iddia edilir.

Çexiya Milli Kiber və İnformasiya Təhlükəsizliyi Agentliyinin direktoru Lukas Kintr, Rusiyanın Avropadakı sabotajları haqqında Çiueh Herminqə ətraflı məlumat verdiklərini bildirərək, “Biz Tayvandan da Çin haqqında bir şey öyrənə bilərik”, – deyib.

“WSJ” hesabatında iki ölkə arasındakı münasibətlərin 1989-2003-cü illərdə Çexiyaya rəhbərlik etmiş Vatslav Havelin dövründən başladığı da bildirilir.

Bildirilib ki, Tayvan texnologiya şirkətləri hələ 2004-cü ildə AB-yə qoşulmazdan əvvəl Çexiyanı Avropada baza kimi seçiblər.

Tayvanda ilk Avropa mərkəzli beyin mərkəzinə rəhbərlik edən çexiyalı beynəlxalq təhlükəsizlik eksperti Yakub Janda ABŞ-ın xarici siyasətindəki dəyişikliyə diqqət çəkir.

Praqada yerləşən Təhlükəsizlik Siyasəti üzrə Avropa Dəyərlər Mərkəzindən Janda deyir ki, “məsələ kiçik ölkələrin necə sağ qalacağıdır”.

 





02.03.2025    çap et  çap et