Vaxt.Az

Nyu-Yorkda Mask əleyhinə aksiya


 

“Tesla”nın mənzil-qərargahı qarşısındakı nümayişdə 9 etirazçı saxlanılıb

Nyu-Yorkda Mask əleyhinə aksiya “Tesla”nın sahibi İlon Maskın prezident Donald Trampın əmri ilə federal hökumət işçi qüvvəsinin ixtisarında rolu ilə əlaqədar şirkətin Nyu-Yorkdakı baş qərargahı qarşısında keçirilən etiraz aksiyası zamanı polis 9 nəfəri həbs edib.

“Reuters”in verdiyi xəbərə görə, polis yüzlərlə insanın etiraz aksiyasına qatıldığını bildirib.

Etirazçıların izdihamı həmçinin Florida ştatının Ceksonvill, Arizona ştatının Tuson və digər şəhərlərdə elektrik avtomobil istehsalçısının salonları qarşısında toplaşaraq, nəqliyyatın hərəkətinə mane olub, şüarlar səsləndirib və əllərində “Teslanı yandırın: Demokratiyanı xilas edin!” və “ABŞ-da avtoritarlara yol verilmir!” yazılan olakatlar tutublar.

Mask federal hökuməti ixtisar etmək üçün görünməmiş bir kampaniyaya rəhbərlik edir ki, bu da minlərlə işçinin işdən çıxarılmasına və yüzlərlə federal yardım və icarələrin dayandırılmasına səbəb olub.

Nə “Tesla”, nə də Ağ Ev sözçüsü dünən gecə telefon və e-poçt vasitəsilə edilən şərh tələblərinə cavab verməyib.

 





02.03.2025    çap et  çap et