Tramp və Zelenski arasında kamera qarşısına keçən mübahisəyə toxunan Stubb deyib: “Bu, qeyri-adi diplomatiya idi və hətta deməliyəm ki, uğursuz diplomatiya idi. Düşünürəm ki, günün sonunda bu mübahisədə yalnız bir qalib var idi, o da Vladimir Putin idi”.
Son 3 gündür Zelenski-Tramp müzakirəsi günü qaldıqları yerdən davam etməyi müzakirə etdiklərini izah edən Stubb, “İnanıram ki, bu gün Londonda keçirəcəyimiz görüş, masaya qayıtmaq üçün atacağımız ilk addımlar olacaq”, – deyib.
Siyasi karyerası boyunca bağlı qapılar arxasında müzakirələrin şahidi olduğunu qeyd edən Stubb, “Buranın fərqi hər şeyin açıq şəkildə yaşanmasıdır. Bu yaraya sarğı taxıb davam etməliyik”, – deyib.
Transatlantik alyansın şəklini dəyişdiyini bildirən Stubb, Tramp administrasiyasının ABŞ-ı prioritetləşdirən, ikitərəfli və üçtərəfli razılaşmalar etməyi planlaşdıran bir idarə olduğuna diqqət çəkib.
Bunun NATO-dan çıxmaq demək olmayacağını qeyd edən Stubb bunun baş verəcəyinə inanmadığını da vurğulayıb: “Hazırda şahidi olduğumuz şey diplomatik kakofoniyadır. Ukraynadakı müharibə ilə maraqlanan qrupların sayı gündən-günə artır. Birinin işə qarışması və liderlik nümayiş etdirməsi lazımdır”.
Stubb ortaq bir plan hazırlamaq üçün Londonda bir araya gəldiklərini bildirib. Avropanın bu prosesdə nəzarəti ələ alması lazım olduğunu qeyd edən Stubb, İngiltərə, Fransa və bir-iki ölkənin üzərində çalışdığı sülh planına toxunaraq, “Avropada ehtiyacımız olan liderlik budur. Bu, çox gözəl fikirdir. Görək, necə olacaq və kimlər iştirak edəcək. Diplomatiyanın çox müxtəlif növləri var. Görək bundan nə çıxacaq”, – deyib.
Fevralın 28-də Vaşinqtonda ABŞ prezidenti Trampla kameralar qarşısında qızğın mübahisə edən Zelenskinin də qatılacağı London sammitində Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün səylərin daha da güclənəcəyi gözlənilir.