Braziliya futbolunun məşhur siması Ronaldinyo məhkəməyə çıxacaq. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi pul mənimsəməkdə təqsirkar bilinir.Təcrübəli oyunçunun 2007-2010-cu illərdə vətəni Braziliyada yoxsul uşaqlar üçün toplanan yardımın 725 min dollarını mənimsədiyi iddia edilir. Artıq bununla bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Ronaldinyonun ailəsi futbolçunun belə bir hərəkət etmədiyini bildirib.
Məhkəmə prosesinin yaxın günlərdə başlanacağı gözlənilir.
çap et