Vaxt.Az

ABŞ Britaniyaya qarşı gələ bilməz


 

Avropa Trampın arzularını gerçəkləşdirir

ABŞ Britaniyaya qarşı gələ bilməz Geniş təhlilsiz mövcud və yaxın gələcəkdə gözlənilən nəticələr qısa tezislərlə:

– Avropa 1930-cu illərin səhvini təkrar etmək istəmir;

– Tramp Avropanı yuxudan ayıltdı;

– Britaniya Avropada liderliyini yenidən ələ aldı və Avropa bunu qəbul etdi;

– Avropa vahid hədəf – Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyidir – ətrafında birləşir. Bu hədəfə qarşı çıxan ölkələrin Avropa Birliyindən çıxarılma ehtimalı da ola bilər;

– Avropa yenidən silahlanmalı (Ursula von der Leyen deyir) və silahlanacaq. Hərbi sahəyə daha çox vəsait ayrılacaq;

– Rusiyanın dondurulmuş vəsaitlərindən əldə olunan gəlirlər Ukraynaya kömək üçün istiqamətləndiriləcək;

– Avropa Britaniyanın liderliyini ona görə qəbul etdi ki, ABŞ istənilən Avropa ölkəsinə, bütövlükdə Avropa Birliyinə qarşı çox güclüdür, Britaniyaya qarşı deyil;

– Britaniyanın ABŞ maliyyə sisteminin içərisindəki maliyyə gücü, səviyyəsi, investisiyası çox yüksək həcmdədir. FED-in qurucuları arasında Britaniya ailələri var və sair. ABŞ təbii ki, Britaniya ilə qarşı-qarşıya gəlməz;

– Çin-Britaniya və Çin-Avropa Birliyi yaxınlıqları daha da güclənə bilər. Eyni fikir Yaponiya haqqında da qeyd edilə bilər;

– ABŞ Prezidenti davranışları ilə Avropanı daha da gücləndirir. ABŞ əslində sözdə deyil, hərəkətləri ilə deyir ki, hər kəs Avropaya yardım etsin, ətrafında birləşsin, ABŞ öz-özünə təkbaşına yetər. Tramp indiyə kimi faktiki olaraq sağı göstərib solu vurdu, ya da hərəkətlərinin nəticələri belə alındı. Niyyət və taktika aprel-may aylarında tam aydın olacaq;

– Rusiya ABŞ-yə öz ərazisindəki minerallar və resursların birgə işlənməsini təklif edə bilər. Amma bunun özü Rusiya üçün risklidir. Çünki, belə müqavilələrin müddəti 10 illərlə olur. Tramp hakimiyyəti isə maksimum 4 ildir;

– Öncəki yazımda da qeyd etdiyim kimi, ABŞ öz aralarında intriqa, Avropada liderliyi ələ almaq, Ukrayna, Yaxın Şərq və digər ölkələrlə bağlı fikir ayrılıqları olan, dağınıq, yuxuda olan, hərbiyə minimum xərcləyib ABŞ-yə arxayın olan Avropa Birliyi ölkələrini Rusiyaya qarşı daha güclü bir şəkildə səfərbər edə bildi. Bu sıraya Çin də qoşularsa (Çinin Avropadan alacağı heç bir şey yoxdur, Rusiyadan isə umacağı çoxdur) Yeni Dünya Düzəninin daha da aydınlaşacaq xəritəsi görünməyə başlayar;

– Əsas məsələ, Britaniya mesaj verdi ki, bizim Trampla bütün fikrilərimiz üst-üstə düşür və tam olaraq onunla razıyıq. Trampın istək və arzularına uyğun olaraq: dayanıqlı sülh şərtilə Ukraynada müharibə dayandırılmalı, Avropa Ukraynaya sahib çıxır, Avropa öz hərbi xərclərini artırır, Ukraynaya dondurulmuş Rusiya vəsaitlərindən gələn gəlirlərlə davamlı kömək edirik, Ukraynada sülhməramlılar Avropa qoşunları olacaq (ABŞ-yə əziyyət verməyə ehtiyac yoxdur deyirlər), biz bir hədəf ətrafında aktiv olaraq birləşirik və sair. Əslində Tramp da bunları deyirdi;    

– Nəhayət, dünənki yazımda yazmışdım ki, top Avropada (Tramp topu Avropaya ötürdü). Avropa bu gün o topu Rusiyaya ötürə bildi. Bundan sonrakı top isə Rusiyada.

 





03.03.2025    çap et  çap et