Vaxt.Az
İyunda milyarderlərin şadlığı
Bir milyarder Hillari Klintonla qohum olur, digəri isə subaylığa son qoyur
Milyarder iş adamı Corc Sorosun oğlu Aleksandr Soros (39) və ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun köməkçisi Huma Abedin (48) iyunun 14-də evlənməyə hazırlaşır. Amerika mediası “Page Six”in xəbərinə görə, cütlük dostlarına dəvətnamələr göndərib. Digər bir xəbərdə “Amazon” şirkətinin rəhbəri Ceff Bezos və nişanlısı Lauren Sançesin iyun ayında evlənəcəyi şayiələri var.“Page Six”ə danışan mənbələr iddia edir ki, 61 yaşlı Bezos və
55 yaşlı Sançes İtaliya sahillərində 500 milyon dollarlıq super yaxtasında məhdud
sayda qonağın iştirak etdiyi mərasimdə nikah bağlayacaqlar. Bezos və Sançes
2023-cü ilin avqustunda İtaliyanın Pozitano şəhərində nişanlanıblar.
03.03.2025
çap et