Vaxt.Az

Rusiya AŞPA-nı «satqın» adlandırdı


 

«Əksəriyyət hüququn aliliyini, insan hüquqlarının və qanunların aliliyini ayaqlar altına atdı»

Rusiya AŞPA-nı «satqın» adlandırdı Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri qurumu satqınlıqda günahlandırıb və baş verənləri siyasi fars, inkvizisiya adlandırıb.

Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov , assambleyanı Rusiya nümayəndə heyətinin hüquqlarını pozmaqda ittiham edib. Onun fikrincə, AŞPA, Rusiya nümayəndə heyətini ilin sonunadək səsvermə hüququndan, rəhbər orqanların və müşahidə missiyasını tərkibində iştirak etməkdən məhrum etməklə bağlı qətnamə qəbul etməklə öz prinsiplərini satdı. Rusiya mətbuatının məlumatına görə, bu barədə A. Puşkov brifinq zamanı bildirib.

«AŞPA-da əksəriyyət hüququn aliliyini, insan hüquqlarının və qanunların aliliyini ayaqlar altına atdı. AŞPA-da əksəriyyət Ukraynaya geosiyasi baxımdan özününküləşdirmək istəyən dövlətlər qrupunun siyasi maraqlar adından çıxış etdi» - Puşkov deyib.

Puşkov qeyd edib ki, hazırda Rusiyanın AŞPA-dan tamamilə kənarlaşması məsələsi bu məsələ edilir. O bildirib ki, bu barədə yekun qərar artıq Moskvada qəbul olunacaq.

Qeyd edək ki, Rusiya nümayəndə heyətinin rəhbərinin müavini Leonid Slutskiy Assambleyanı tərk etməyi vacib hesab etmir. Onun sözlərinə görə, Rusiyanın öz fikrində qalmaq şansı var.

Slutskiy hesab edir ki, ölkəsinə qarşı istənilən sanksiya əsassızdır.

AŞPA-nın monitorinq üzrə komissiyasının rəhbəri Ştefan Ştennax Rusiyanın Assambleyadan tamamilə uzaqlaşdırılmasının əleyhinə çıxış edir. Bir müddət əvvəl AŞPA Rusiyanın səlahiyyətlərinin tamamilə əlindən alınmasına çağırmışdı.

Xatırladaq ki, AŞPA bu gün Rusiya ilə bağlı qətnamə qəbul edib: Rusiya Krımı qəbul etdiyinə görə, RF nümayəndə heyəti ilin sonuna kimi Assambleyada səsvermə hüququndan məhrum edilib və bütün rəhbər orqanların tərkibindən çıxarılıb. Sənədin lehinə 145, əleyhinə 21 deputat səs verib, 22 deputat isə bitərəf qalıb.

 





10.04.2014    çap et  çap et