Vaxt.Az

Rusiya kosmosa raket göndərdi


 

Kəşfiyyat məqsədli “Soyuz” hərbi kosmodromdan buraxılıb

Rusiya kosmosa raket göndərdi Rusiya İnformasiya Agentliyinin bu gün Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələrinə daxil olan Rusiya Aerokosmik Qüvvələri müdafiə xarakterli kosmik gəmi daşıyan “Soyuz” raketini buraxıb.

Agentlik təfərrüatları açıqlamadan “Soyuz-2.1B” raketinin Rusiyanın şimalındakı Arxangelsk vilayətindəki Plesetsk kosmodromundan buraxıldığını bildirib. “Kosmik Qoşunlar Rusiya Müdafiə Nazirliyinə məxsus kosmik gəmini daşıyan orta dərəcəli “Soyuz-2.1B” raketini uğurla orbitə buraxıb”, – deyə nazirlikdən bildirilib.

Rusiyanın “Soyuz” raketi kosmik missiyalar, o cümlədən Beynəlxalq Kosmik Stansiyaya avadanlıq və astronavtların daşınması üçün lazım olduqda buraxılır. Avropa Kosmik Agentliyinin (ESA) məlumatına görə, “Soyuz” raketləri indiyədək təxminən 1700 dəfə orbitə buraxılıb. Məlumata görə, Rusiya Kosmik Agentliyi (Roskosmos) adətən elmi və kəşfiyyat məqsədləri üçün “Soyuz” raketlərinin buraxılmasını elan edir. Plesetsk kosmodromundan isə hərbi peyk daşıyan maşınların buraxılması üçün istifadə olunur.

 





03.03.2025    çap et  çap et