Çörçil isə bu plana qarşı idi. Ruzvelt ABŞ-dan qoca qitəyə bu planla gəlmişdi. Yalta görüşündən əvvəl Çörçil və Ruzvelt bu planı Malta yaxınlığında gəmidə müzakirə edirlər.
Çörçil və Ruzvelt düz bir həftə yaxın Malta yaxınlığında gəmidə təkbətək bu məsələni müzakirə edir. Gəmidə demək olar ki, ikisi idi. Onlar bu müddət ərzində gəmidən (gəmi indi muzeyə çevrilib) kənara çıxmayıb elə orada da gecələyirdilər. Danışıqlar zamanı Çörçil Ruzvelti fikrindən çəkindirə bilir. Çörçilin arqumenti tutarlı idi. O, deyirdi ki, Stalin çətin ki, qoşunlarını Şərqi Avropadan çəkə.
Əgər bu plan baş tutsa, onda Qərbi Avropa – Fransa, Niderland, Belçika, Avstriya silahsız qalacaq və SSRİ sabah bizlə müharibəyə başlasa ağır silahı olmayan bu 4 ölkəni qısa bir vaxt ərzində işğal edib Böyük Britaniyanın bir neçə kilometrliyində olacaq. Yəni SSRİ ciddi təhlükəni Britaniyanın 30-40 kilometrliyində hiss edə biləcək. Çörçil deyirdi ki, müdafiəmizi Almaniya, Avstriya, Fransa, Niderland, Belçikadan qurmalıyıq və bu ölkələrdə də ağır silah olmalıdır.
ABŞ üçün isə SSRİ-təhlükəsi Britaniya ilə müqayisədə çox cüzi idi. Yəni aralarında Sakit okean var idi. Ona görə Ruzvelt asanlıqla bu təklifi irəli sürmüşdü. Çörçilin bu arqumentlərindən sonra, Ruzvelt bu planını Yaltatda masaya gətirməkdən imtina edir.
İndi baş verənlərə baxanda 80 il öncəki durum yada düşür.
Zelenski də Çörçil kimi Trampa (Ruzveltə) başa salmaq istəyir ki, sizin aranızda okean olduğuna görə belə rahat danışırsınız. Siz müdafiəni Ukraynadan qurmalısınız. Bizə təhlükəsizlik təminatı verib ordunuzu Ukraynaya gətirib rusun qarşısında sipər çəkməsəniz. Əks halda Putin gec-tez Britaniyanın qapılarına gəlib çıxacaq. Avropa da bunu anladığını görə Ukraynaya dəstək verir. Amma bu dəstək də kifayət qədər güclü olmalıdır. Bu məsələ “Ukraynaya ordu göndərə bilərik, Ukrayna 5 il ərzində Avropa Birliyinin üzv olacaq” vədləri ilə düzələn deyil.