Vaxt.Az

Aslan ovlandı, «Yurd»u talandı


 

«TV-nin bütün əmlakı siyahıya alınıb və maşına yığılaraq aparılıb»

Aslan ovlandı, «Yurd»u talandı Azərbaycanda telekanalın bağlanma xəbəri yayılıb. Milli.Az-a daxil olan məlumata görə, Yurd TV internet televiziyası fəaliyyətini dayandırıb. Bu barədə qərar dünən axşam saatlarında qəbul olunub.

«Yurd TV»-nin Xəbərlər departamentinin rəhbəri Səadət Məmmədova açıqlama verərək bildirib ki, televiziyanın fəaliyyətinin dayandırılması ilə bağlı əməkdaşlara heç bir rəsmi məlumat verilməyib.

«Hazırda bütün əməkdaşlar işdədirlər», - o əlavə edib.

«Yurd TV»-nin adının çəkilməsini istəməyən əməkdaşı Movqe.az-a bildirib ki, dünən axşam TV-nin bütün əmlakı siyahıya alınaraq maşına yığılaraq aparılıb. Onlara isə bildirilib ki, internet tv  «Region TV»-yə birləşdirilir: «Bizim 10 günlük maaşımızı bu gün verəcəklər. İşçilərdən çoxu regiontv-yə götürüləcək. Amma deyirlər, ixtisarlar da olacaq». 

Həmçinin «Yurd TV»nin əməkdaşı iki aya qədər «Region TV»-nin internet telekanalı kimi yox, telekanal kimi fəaliyyətə başlayacağını da söyləyib.

Onu da bildirək  ki, «Yurd TV» bu yaxınlarda Prezident Administrasiyasındakı yüksək vəzifəsindən çıxarılan Elnur Aslanova məxsus media quruluşlarındandır.

 





11.04.2014    çap et  çap et