Vaxt.Az

“ABŞ daha buna dözməyəcək”


 

Trampın Zelenski ilə bağlı açıqlaması

“ABŞ daha buna dözməyəcək” ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin “Rusiya ilə müharibənin sonu yaxın deyil” açıqlamasına reaksiya verib.

ABŞ prezidenti Tramp “Truth Social” hesabında verdiyi açıqlamada Ukrayna prezidenti Zelenskini tənqid edib.

“The Associated Press” (AP) xəbər agentliyinin sitat gətirdiyi kimi, Zelenskinin “Rusiya-Ukrayna müharibəsinin sonu heç yaxın deyil” sözlərini sitat gətirən Tramp, “Bu, Zelenskinin edə biləcəyi ən pis bəyanatdır”, – deyib.

Zelenskinin ABŞ Ukraynanı dəstəklədiyi müddətcə müharibəni davam etdirmək niyyətində olduğunu iddia edən Tramp, Zelenskinin “sülhə hazır olmadığını” düşündüyünü vurğulayıb.

“ABŞ buna daha dözməyəcək. Yəqin ki, Rusiyaya qarşı güc nümayişi keçirmək çox yaxşı bəyanat deyil”, - Tramp bildirib.

Ötən həftə sonu Ağ Evdə ABŞ prezidenti Tramp və Ukrayna prezidenti Zelenski kameralar qarşısında mübahisə etdikdən sonra Tramp həmkarını ittiham edərək, Zelenskinin barışmağa hazır olmadığını bildirmişdi.

 





03.03.2025    çap et  çap et