“Bu gün mən Donald Trampı Nobel Sülh Mükafatına namizəd edəcəyəm. Heç kim bundan artıq layiq deyil”, – İsa sosial media platforması “X”də yazıb.
Oval kabinetdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı Tramp, “Onlar mənə heç vaxt Nobel Sülh Mükafatını verməyəcəklər. Bu, dəhşətli bir şeydir. Mən buna layiqəm, amma bunu mənə heç vaxt verməyəcəklər”, – demişdi.
ABŞ-ın keçmiş prezidentlərindən Teodor Ruzvelt, Vudro Vilson, Cimmi Karter və Barak Obama Nobel Sülh Mükafatına layiq görülüblər.