Qurumda «nazirliyin üçüncü adamı» sayılan Məcidovun işdən çıxarılması təqaüd yaşına çatması ilə əlaqələndirilir. Şöbə müdiri yola salınarkən ona bir aylıq əməkhaqqı məbləğində mükafat təqdim edilib.
Qeyd edək ki, Heydər Əsədov nazir təyin ediləndən sonra bir neçə aparıcı köhnə kadrı işdən çıxarıb. Məsələn, martın 17-də Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov və Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev də vəzifədən azad ediliblər.
Xatırladaq ki, İsmət Abbasov hazırda baş nazirin müavinidir.