Bazar günü Rusiyanın “SU-35” qırıcı təyyarəsi Şərqi Aralıq dənizi üzərində beynəlxalq hava məkanında müşahidə missiyası həyata keçirən Fransanın “Reaper” pilotsuz uçuş aparatına qarşı təhlükəli davranış nümayiş etdirib”, – deyə Lekornü “X” hesabında verdiyi açıqlamada bildirib.
Lekornü, Rusiya döyüş təyyarəsinin Frana PUA-na ardıcıl üç dəfə çox yaxın uçduğunu və bunun idarəetməni itirməsinə səbəb olduğunu və bunun ortaq beynəlxalq hava məkanında sərbəst hərəkəti məhdudlaşdırmaq niyyətini göstərdiyini müdafiə etdi.
“Bu qeyri-peşəkar və aqressiv hərəkət qəbuledilməzdir. Fransa beynəlxalq hava və dəniz məkanında naviqasiya azadlığını müdafiə etmək üçün səylərini davam etdirəcək”, – Fransız nazir bildirib.